-
- 27-04-2024, 12:50
- 413
Dəri xərçənginin müalicəsində peyvənd ümidi
Dəri xərçənginin müalicəsi ilə bağlı maraqlı açıqlama Britaniya alimlərindən gəlib. Belə ki, dəri xərçəngində mRNA peyvəndi istifadə olunur.
News24.az xəbər verir ki, "mRNA-4157" adlı peyvənd şişdən nümunə götürülərək fərdi olaraq hazırlanır. Xərçəng hüceyrələri tərəfindən ifraz olunan "neoantigenlərlə" təchiz olunmuş mRNT peyvəndi xərçəng toxumalarına hücum etmək üçün immunitet sistemini aktivləşdirir. Effekt immunoterapiya müalicəsi ilə gücləndirilir.
Peyvəndin 2-ci faza klinik sınaqlarında mRNT vaksinin yüksək riskli xəstələrdə immunoterapiya ilə birlikdə tətbiq edildikdə ölüm nisbətini 49 faiz azaltdığı müəyyən edilib.
Bildirilir ki, bir illik müalicə müddətində xəstələr ümumilikdə yeddi doza mRNT peyvəndi və immunoterapiya preparatları alıblar.
Peyvəndin müxtəlif ölkələrdən 1100 nəfərlə aparılacaq 3-cü faza klinik sınaqlarından sonra istifadəyə təqdim edilməsi nəzərdə tutulur. Covid 19-a qarşı peyvənd hazırlayan BionTech kimi şirkətlər də mRNA texnologiyası ilə xərçəng vaksinləri üzərində işləyirlər.
Statistikaya görə, bütün dəri xərçənglərinin kiçik bir hissəsini təşkil etsə də, ölümlərin əksəriyyəti melanomadan qaynaqlanır.
2022-ci ildə dünyada 330 min melanoma diaqnozu qoyulub və təxminən 60 min insan ölüb.
MELANOMA NƏDİR?
Dəriyə rəng verən melanin adlı rəng piqmentləri melanositlər adlanan dəri hüceyrələri tərəfindən istehsal olunur.
Bu hüceyrələrin nəzarətsiz bölünməsi və çoxalması nəticəsində meydana gələn dəri xərçəngi melanoma və ya melanoma olaraq təyin olunur.
Günel Məlikzadə