Bakıdan Gürcüstana pulsuz avtobus
    • 25-06-2019, 14:43
    • 1 218

Bakıdan Gürcüstana pulsuz avtobus

Bakıdan Gürcüstana pulsuz avtobus reysi açıla bilər. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın otel və restoran assosiasiyasının başçısı Şalva Alaverdaşvili açıqlamasında deyib. 

Onun təklifinə əsasən rusiyalı turistlər üçün Bakı Beynəlxalq Hava Limanından Gürcüstana xüsusi pulsuz avtobuslar təşkil edilməlidir. Ş.Alaverdaşvili həmçinin turistlərin Gürcüstan otellərinə və istirahət mərkəzlərinə zəng edərək ölkəyə gəlmək üçün alternativ yollar barədə soruşduğunu vurğulayıb.