-
- 23-10-2024, 22:34
- 596
Beyni ölmüş adam orqanları alınan zaman oyandı - FOTO
ABŞ-ın Kentukki ştatında bir xəstənin beyin ölümünün gerçəkləşdiyi düşünülüb və orqan transplantasiyası üçün əməliyyata başlanılıb.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, xəstə orqanları çıxarılmaq üzrə olduğu vaxt ayılıb.
Məlumata görə, 36 yaşlı xəstə həddindən artıq dozaya görə xəstəxanaya gətirildikdən sonra beyin ölümünün gerçəkləşdiyi elan edilib.
Orqanlarının bağışlanması üçünü əməliyyata başlanılan zaman xəstə oyanıb. Nəticədə həkimlər əməliyyatı dayandırıblar.
Xoşbəxtlikdən o, hələ də sağdır və bacısının himayəsindədir. Lakin yerli medianın xəbərinə görə, onun nitqi, yaddaşı və hərəkətliliyində ciddi problemlər davam edir.