-
- 5-04-2023, 15:48
- 408
Xəstə ayıq vəziyyətdə beyin əməliyyatı olundu – TİBBDƏ İLK
Türkiyədə xəstənin huşu özündəykən beyin əməliyyatı həyata keçirilib.
News24.az xəbər verir ki, Bursada yaşayan İsmail Subaşına 2019-cu ildə beyin şişi diaqnozu qoyulub. Bu illər ərzində müalicə alan vəziyyəti getdikcə pisləşib və həkimlər onun təcili əməliyyat olunmasını məsləhət görüblər.
Professor neyrocərrah Mehmet Ali Ekici xəstənin həyati təhlükəsini nəzərə alaraq onun huşu özündəykən əməliyyat olunmasına qərar verib. Aparılan müayinələr nəticəsində şişin beynin təhlükəli hissəsində olduğu aşkarlanıb və əməliyyatdan sonra iflic olma riski yüksək qitmətləndirilib. Əməliyyat zamanı xəstə ilə danışaraq beyin şişi çıxarılıb.
Həkimin sözlərinə görə, şiş beynin sağ yarımkürəsində, hərəkət mərkəzinin bir qədər aşağı hissəsində olub. Hərəkəti təmin edən lifləri bədənin əks tərəfində işləyir. Məqsəd sağ sinir mərkəzinə zərər vermədən şişin çıxarılması olub və əməliyyat uğurla başa çatıb.
Neyrocərrah onu da əlavə edib ki, bu əməliyyat üçün çox uyğun bir anesteziya qrupu yaradılıb. Ciddi ilkin hazırlıq mərhələsi həyata keçirilib. Əməliyyat zamanı bütün naviqasiya texnologiyalarından, o cümlədən nazik kəsikli MRT-lərdən istifadə edilib.
Hal-hazırda xəstənin vəziyyəti normaldır və müalicəsi bir müddət davam etdiriləcək./saglamolun/