-
- 23-10-2024, 22:58
- 845
İrəvandan sərhəd qərarı: Təsdiqləndi
Ermənistan parlamenti Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni təsdiqləyib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, sənəd lehinə 67 səslə qəbul edilib.
Revanşist “Hayastan” və “Şərəfim Var” fraksiyalarının deputatları səsverməyə qatılmayıblar.
Sənəd hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatlarının iştirakı ilə qəbul edilib.