-
- 23-10-2024, 19:45
- 742
Ərdoğan Türkiyədəki terrordan DANIŞDI - SON DƏQİQƏ‼️
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı t*er*ror aktı ilə bağlı açıqlama verib.
News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində çıxışı zamanı danışıb.
Türkiyə lideri hücumda 4 nəfərin həlak olduğunu, 14 nəfərin isə yaralandığını bildirib. Qeyd edib ki, yaralılardan 3-ünün vəziyyəti ağır olaraq qalır.
Türkiyə Prezidenti Rusiyada keçirilən beynəlxalq platformadan te*rr*or aktını pislədiyini də bəyan edib.