Ərdoğan Makronla danışdı
    • 24-02-2023, 22:25
    • 163

Ərdoğan Makronla danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla videokonfrans vasitəsilə danışıb. 

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.

Türkiyə-Fransa münasibətləri ilə bağlı məsələlər müzakirə edilib.

Söhbət zamanı Fransa lideri həmkarına Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin nəticələri ilə bağlı başsağlığı verib.

Prezident Ərdoğan həmsöhbətinə təbii fəlakətlə bağlı həmrəylik və dəstəyə görə təşəkkür edib.