-
- 24-10-2024, 03:33
- 470
Türkiyədəki terakta Ermənistandan gözlənilməz reaksiya
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyədə törədilən terr*or aktını pisləyən bəyanat yayıb.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bəyanat Ermənistan XİN-in X sosial şəbəkəsində yerləşdirilib.
“Bu gün Ankarada baş verən hücum onu göstərir ki, ter*rora və günahsız insanlara zərər verməyə heç bir bəraət yoxdur. Ermənistan, dəfələrlə qeyd edildiyi kimi, terr*orizmin bütün formalarına və buna bənzər zorakı hərəkətlərə qarşıdır”, - bəyanatda qeyd olunub.
Xatırladaq ki, Ermənistan uzun illər Azərbaycana qarşı terr*or aktları həyata keçirib. Eyni zamanda ermənilər türk diplomatlara sui-qəsdləri ilə tanınırlar. Bu ölkənin bu və ya digər formada dəstək verdiyi onlarla erməni terror təşkilatı var.
Qeyd edək ki, Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında iki partlayış baş verib, 3 ter*rorçu silahlı hücum edib. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Terrorçulardan ikisi məhv edilib.