Türkiyə DİN-dən teraktla bağlı AÇIQLAMA
    • 2-10-2023, 00:46
    • 220

Türkiyə DİN-dən teraktla bağlı AÇIQLAMA

Türkiyənin paytaxtı Ankara şəhərində terror aktını törədənlərdən biri PKK üzvüdür.

News24.az  xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"İstintaq zamanı terrorçulardan birinin şəxsiyyəti müəyyən edilib. O, PKK terror qruplaşmasının üzvü olub. İkinci terrorçunun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir", - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, hücum cəhdinin qarşısı alınan yerdə aparılan müayinələr zamanı 9,7 kq S-4 partlayıcısı, 3 əl qumbarası, bir qumbaraatan, “Qlok” markalı səsboğuculu tapança, həmçinin iki avtomat aşkar edilib.