-
- 24-10-2024, 05:16
- 589
Keçmiş hərbi qulluqçu və oğlu polisə hücum etdi – Ölən və yaralananlar var (VİDEO)
İstanbulda keçmiş hərbi qulluqçu və oğlu polisə hücum edib.
Medianews.az xəbər verir ki, sözügedən hadisəyə polis qrupları müdaxilə edib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Mübahisə zamanı keçmiş hərbi qulluqçu əlindəki çəkiclə polis əməkdaşına hücum edib. Daha sonra oğlu belindəki silahı çıxararaq polisə tuşlayıb. Lakin hadisəyə müdaxilə edən polis ata və oğulun silahından atəş açmasına icazə vermədən zərərsizləşdirib.
Hadisədə polisə silah çəkən keçmiş hərbi qulluqçunun oğlunun öldüyü, 2 nəfərin yaralandığı öyrənilib. Polisin hadisə yerində araşdırması davam edir.