Vəkilin oğlu qulluqçu qadını 10 bıçaq zərbəsi ilə öldürdü
    • 18-05-2024, 08:00
    • 1 499

Vəkilin oğlu qulluqçu qadını 10 bıçaq zərbəsi ilə öldürdü


Moskvalı vəkil Semyon Melnitskinin 16 yaşlı oğlu Yeni Moskvada qulluqçu qadının qətlinə görə saxlanılıb.

News24.az "Unikal"a istinadən xəbər verir ki, o, 67 yaşlı qadına bıçaqla hücum edib.

Oğul Melnitski əvvəlcə qulluqçu ilə mübahisə edib. Daha sonra vanna otağında qadının içəri girməsini gözləyib və ona bıçaqla hücum edərək 10 dəfə bıçaqlayıb.

Qadın qan itkisindən yerindəcə keçinib. Yeniyetmə heç nə xatırlamadığını iddia edir.

Faktla bağlı cinayət işi açılıb.