-
- 24-10-2024, 10:50
- 296
"Türkün inkişafını həzm edə bilmirlər" - DEPUTAT
Xəbər verdiyimiz kimi dünən Ankaranın Kahramankazan rayonunda yerləşən yerli silah sistemlərinin inkişafında mühüm yeri olan TAİ -də saat 16:26-da te**or aktı törədilib. Taksi ilə gələn iki te**orçu avtomobildən düşən kimi ərazidəki mülki şəxsləri güllələyib və obyektə doğru istiqamət alıblar. Bu vaxt güclü partlayış səsi eşidilib. Hücumla yanaşı, TAİ-nin içərisində partlayış və silah səsləri də eşidilib. Bölgəyə çoxlu sayda xüsusi əməliyyat polisi və tibbi qruplar göndərilib. İlk partlayışdan sonra silah səsləri və partlayışlar davam edib.
Qeyd edək ki, hadisə zamanı 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.
Baş verən hadisə ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Elnara Akimova deyib ki, Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş te**or aktı qardaş ölkənin texnoloji inkişafına olan bir qəsddir:
"Türkün inkişafını həzm edə bilmirlər. Hər vəchlə, hansı yolla olur olsun, öz çirkin müdaxilələri ilə mane olmağı düşünürlər. Əlbəttə ki, Türkiyə bu sınaqdan, bu fəlakətdən də üzüağ çıxmağa özündə mənəvi qüdrət tapacaq. Biz sülhsevər dövlət olduğumuz üçün hər bir te**oru, xain əməli şiddətlə qınayırıq. Türk dünyasının texnoloji inkişafına heç nə ilə mane ola bilməyəcəklər!"
Günel Məlikzadə