Rusiyanın Belqorod şəhərində partlayış
    • 27-04-2022, 10:01
    • 351

Rusiyanın Belqorod şəhərində partlayış

Rusiyanın Ukrayna sərhədindən təxminən 40 kilometr şimalda yerləşən Belqorod şəhərində çoxsaylı partlayış səsləri eşidilib.

News24.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov "Telegram" hesabında məlumat verib. 

O bildirib ki, saat 03:35 radələrində partlayış səsinə oyanıb. O, sosial şəbəkədə paylaşımını hazırlayarkən daha üç güclü partlayış eşitdiyini açıqlayıb.

Qladkov daha sonra ilkin məlumatlar barədə məlumat yayıb. O, kənd yaşayış məntəqəsində silah-sursat anbarının yandığını və mülki əhali arasında itkilərin olmadığını deyib.