-
- 24-10-2024, 11:11
- 293
"Atam komada deyil, səhv məlumat verilir" - Təhminə Mustafayeva
"Atam hazırda, anlaqlı vəziyyətdədir. Sadəcə nitqində problem yaranıb".
News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu tanınmış vəkil Əsabəli Mustafayevin qızı Təhminə Mustafayeva atasının səhhətindən danışarkən deyib.
O, atası ilə bağlı mətbuatda səhv məlumatın yayıldığını bildirib:
"Atam insult keçirib. Hazırda reanimasiyadadır. Onun vəziyyəti barədə səhv məlumat verilir, komada deyil. Çox xahiş edirəm həssas yanaşaq bu məsələdə".
Qeyd edək ki, tanınmış vəkil Əsabəli Mustafayev 3-cü dəfə insult keçirib. O, hazırda Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.