Arif Babayevin oğlu atasının səhhətindən danışdı
    • 8-04-2022, 20:53
    • 1 400

Arif Babayevin oğlu atasının səhhətindən danışdı

Xalq artisti Arif Babayev ev şəraitində müalicəsinə davam edir.

Bu haqda  xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. 

“Atam yavaş-yavaş sağalır. Evdə müalicə olur. Salamatçılıqdır, şükür Allaha nitqi, hərəkəti yaxşıdır”, - deyə bildirib.
Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat olub. Onun 83 yaşı var. /Teleqraf.com/