Marketlərdə spirtli içkilərin qiyməti bahalaşıb - Rəsmi
    • 24-10-2024, 13:25
    • 548

Marketlərdə spirtli içkilərin qiyməti bahalaşıb - Rəsmi

Cari ilin sentyabr ayında Azərbaycanda pərakəndə ticarət mərkəzlərində bir litr yerli arağın orta satış qiyməti 14,54 manat olub.

News24.az valyuta.az-a istinadən xəbər verir ki, bu, cari ilin yanvar ayı ilə müqayisədə 76 qəpik bahadır. Yanvarda marketlərdə bir litr yerli istehsal arağın satış orta qiyməti 13,78 manat idi. 

Bununla yanaşı, xaricdən gətirilən arağların bir litrinin orta satış qiyməti sentyabr ayında 27,76 manat olub ki, bu da, yanvar ayı ilə müqayisədə 40 qəpik bahadır.

Bundan başqa, yanvar ayı ilə müqayisədə sentyabr ayında yerli istehsal brendinin (konyak) marketlərdə bir litr üçün satış qiyməti 72 qəpik, xarici istehsal brendinin qiyməti 1,14 manat bahalaşıb. Bəhs olunan dövrdə yerli istehsal viskinin qiyməti 1 manat, xarici istehsal viskinin qiyməti 1,98 manat, yerli istehsal süfrə şərabının qiyməti 20 qəpik, xarici istehsal süfrə şərabının qiyməti 10 qəpik, yerli istehsal pivənin qiyməti 8 qəpik, xarici istehsal pivənin qiyməti 12 qəpik bahalaşıb.