Gecə yarısı yanacağın qiyməti QALXDI - Türkiyədə...
    • 14-10-2024, 00:20
    • 14 637

Gecə yarısı yanacağın qiyməti QALXDI - Türkiyədə...

Türkiyədə yanacağın qiymətləri artmaqda davam edir. 3 gün içərisində benzin 90 qəpikdən çox qalxıb.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, neftin bahalaşması ilə əlaqədar yanacağın qiyməti də bahalaşıb. Dünən gecə yarısından etibarən benzinin litr qiyməti 95 qəpik artırılıb.

Qeyd edək ki, ötən gecə benzinin qiyməti 64 qəpik artırılmışdı. Çərşənbə günündən isə dizelin qiymətlərində 77 qəpik artım olub.

 Hazırkı yanacaq qiymətlərini təqdim edirik: 

 Benzinin qiyməti: 44,66 TL

 Dizelin litr qiyməti: 43,52 TL

 LPG litr qiyməti: 25,13 TL

 Benzinin qiyməti: 44,54 TL

 Dizelin litr qiyməti: 43,45 TL

 LPG litr qiyməti: 24,59 TL


 ANKARA

 Benzin litrinin qiyməti: 44,09 TL

 Dizelin litr qiyməti: 44,01 TL

 LPG litr qiyməti: 25,14 TL