“Qarabağ” - “Ayaks” qarşılaşmasına dair məşhurların PROQNOZU
    • 24-10-2024, 16:17
    • 663

“Qarabağ” - “Ayaks” qarşılaşmasına dair məşhurların PROQNOZU

Bu gün Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq. Ağdam təmsilçisi evdə Niderland "Ayaks"ı ilə qarşılaşacaq. Artıq oyunla bağlı müxtəlif fikirlər səsləndirilir. “Qarabağ”ın qələbə qazanacağına inananlarla yanaşı, “Ayaks”ın güclü hesab edənlər də  var. Maraqlıdır, tanınmış şəxslər bu barədə nə düşünür? Hesabları onların da dilindən eşidək. 

News24.az bu suallarla bir neçə tanınmış şəxslərə müraciət edib. 

Millət vəkili Aqil Abbas: “İçimdə bir arzu var ki, qalib gələcəyik”.


Millət vəkili Naqif Həmzəyev: “Çox çətin oyun olacaq. Matçın bol qollu olacağını hesab edirəm. Nəticə 2:2 və ya 4:2 bizim xeyrimizə ola bilər.


Mətbuat şurasının sədri Rəşad Məcid: “Düşünürəm ki, “Qarabağ” bu gün uduzmayacaq. 


Amma könül istərdi ki, udsun. Heç-heçə olar yəqin”.

Yazıçı Müşfiq Abbasov: “Ayaks” 3:1 hesabla qələbə qazanacaq”.


Jurnalist Şakir Eminbəyli: “Proqnoz vermək sevmədiyim bir işdir. 


Hər kəs kimi mən də "Qarabağ" FK-nın qələbəsini istəyirəm. Amma futbolda matçın əvvəlində "qırmızı vərəqə", aparıcı oyunçunun zədələnib oyunu tərk etməsi, hakim ədalətsizliyi kimi hallar istənilən təxminləri alt-üst edir”.

Əməkdar artist Vasif Məhərrəmli: “Könül istəyir ki, "Qarabağ" qalib gəlsin, qalibiyyət bizim olsun, amma çox çətin görüş olacaq. Çünki son zamanlar "Qarabağ"ın oyununda tənəzzül var, bir eniş var. Ona görə mən çox istəyirəm ki, "Qarabağ" - "Ayaks"ı məğlub etsin, ancaq çox təəsüf ki, bu görüşdə böyük ölçüdə məğlub olacağıq. Ancaq hesaba gəldikdə isə ən yaxşı halda 2 top fərqi ilə məğlub olacağıq”.


Müğənni Ayaz Qasımov: “İnanıram ki, "Qarabağ" gəlib gələcək”.


ASAN Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev: Qələbəyə köklənmişəm bir azarkeş kimi, düşünürəm ki, "Qarabağ" 2:1 hesablı qələbə qazana bilər. 


Sabiq futbolçu Ceyhun Sultanov: “Dəqiq hesab demək çətindir, ancaq düşünürəm ki, cütün fovariti"Ayaks"dır.


Aktyor Cümşüd Zeynalov: “Qarabağ” bu gün məğlub olmayacaq, hesab heç-heçə ya da bizim xeyrimizə olacaq”.


Jurnalist Kərəm Ələsgərov: “Qarabağ”ın 2:1 hesablı qələbəsini düşünürəm”.


İdman jurnalisti Mehman Süleymanov: “Hesabın 1:1 olacağını düşünürəm”. 


İdman jurnalisti Ceyhun Rzayev: “Qarabağ” bu gün məğlub olmayacaq, düşünürəm ki, ən azı heç-heçə edəcək. Bir çoxu düşünür ki, Bakıda "Malmo"nu məğlub etməyən komanda "Ayaks"ı necə məğlub edə bilər. Ancaq Yanukoviçin sıraya dönməsi müsbət məqamdır. "Qarabağ" yavaş-yavaş optimal formasına düşür, ona görə də düşünürəm ki, "Qarabağ" məğlub olmayacaq”. 

Aparıcı Elgiz Əkbər:“Qarabağ” 2:0 hesablı qələbə qazanacaq”.


Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşü saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək. 


Ağa