Vasif Məhərrəmlidən "Qarabağ”ın oyunu ilə bağlı BƏDBİN PROQNOZ
    • 24-10-2024, 11:46
    • 4 127

Vasif Məhərrəmlidən "Qarabağ”ın oyunu ilə bağlı BƏDBİN PROQNOZ

Bu gün Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.

Ağdam təmsilçisi evdə Niderlandın "Ayaks" klubu ilə qarşılaşacaq. Bu görüşlə bağlı Əməkdar artist, tanınmış müğənni və futbol azarkeşi olan Vasif Məhərrəmli News24.az-a hesab təxminini deyib: 

“Könül istəyir ki, "Qarabağ" qalib gəlsin, qalibiyyət bizim olsun, amma çox çətin görüş olacaq. Çünki son zamanlar "Qarabağ"ın oyununda tənəzzül var, bir eniş var. Ona görə mən çox istəyirəm ki, "Qarabağ" - "Ayaks"ı məğlub etsin, ancaq çox təəsüf ki, bu görüşdə böyük ölçüdə məğlub olacağıq. Ancaq hesaba gəldikdə isə ən yaxşı halda 2 top fərqi ilə məğlub olacağıq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.


Ağa