Pensiyaçılara şad xəbər - Ekspert açıqladı
    • 24-10-2024, 16:30
    • 1 075

Pensiyaçılara şad xəbər - Ekspert açıqladı

Qocalığa görə sosial müavinətin məbləğinin azlığı ciddi müzakirə mövzusudur. Azərbaycanda minimim əmək haqqı və pensiya məbləğinin artırılacağı xəbəri ilə bağlı müzakirələr davam edir. Artıq məlumat verilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər iki göstəricinin artırılması ilə bağlı təkliflərini noyabrın 1-dək hökumətə təqdim ediləcək.

Hazırda əsas müzakirələr artımın həcmi ilə bağlıdır. Hamını düşündürən əsas məqam minimum əmək haqqı və pensiyalarda artımın nə qədər olacağıdır. Qeyd edək ki, hər iki göstərici sonuncu dəfə 2023-cü ilin yanvarında artırılıb. Prezident İlham Əliyevin 5 yanvar 2023-cü ildə imzaladığı sərəncamla minimum əmək haqqı 300 manatdan 345 manata, minimum pensiyalar isə 240 manatdan 280 manata qədər artırılıb. Bu iki artımın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə olaraq 700 milyon manatın xərclənəcəyi nəzərdə tutulurdu.

İqtisadçı Xalid Kərimli News24.az-a gələn il üçün pensiyaların artımından danışıb. O, ötən ilin və gələn il üçün olan pensiya məbləğləri haqda bunları deyib:

“Azərbaycanda pensiyaların qaldırılması indeksasiya prosesi əsasında avtomatik qaydada icra olunur. Yəni burda hökumətin konkret rəqəm müəyyənləşdirməsi kimi bir öhdəliyi yoxdur. 

Proses hər il yanvarın 1-i, əvvəlki ilin orta əməkhaqqının artım faizinə uyğun olaraq pensiyaçıların  pensiyaları indeksləşdiririlir. 

Hazırda ən son, 1 sentyabrda olan statistikaya görə 8 faiz muzdlu işçilərin əməkhaqqılarında artım var. İndiki statistikaya əsasən demək olar ki, 8 faiz artım olacaq. Amma dəqiq şəkildə rəqəmləri dekabrdan sonra biləcəyik. 

Fevralın əvvəllərində dəqiq rəqəmlər bəlli olacaq. İndiki statistikaya görə rəqəmlər 8 faizi göstərir. 

Qeyd edək ki, pensiya kapitalı ayrı mövzudur, fərdi uçot kapitalına əsasən müəyyənləşir ki, işdən çıxanda bizə nə qədər pensiya düşəcək. Onun da indeksasiya metoduna bağlanır. İnfilyasiya da il ərzində 4 faizə yaxınlaşacaq 


Ağa