-
- 25-10-2024, 01:30
- 341
Qan donduran hadisə: 4 ölü
Tsalkada baş verən yol qəzası nəticəsində 4 nəfər dünyasını dəyişib.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, avtomobil dörd vətəndaşı maşından düşdükləri yerdə vurub.
“24 oktyabr tarixində, təxminən saat 02:00 radələrində, Koda-Tsalka-Ninotsminda avtomobil yolunun 67-ci kilometrində Tsalkadan Kodaya doğru hərəkət edən, 1979-cu il təvəllüdlü İ.G. tərəfindən idarə olunan “Ford” markalı avtomobil dayanmış iki minik maşınından düşən dörd vətəndaşı vurub.
Nəticədə üç nəfər hadisə yerində, dördüncü şəxs isə klinikada aldığı xəsarətlərdən ölüb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparır. Cinayətdə ittiham olunan İ.G. saxlanılıb" , – deyə DİN-dən bildirilib.