18 yaşlı qız çəngəl uddu
    • 25-10-2024, 09:01
    • 335

18 yaşlı qız çəngəl uddu

Türkiyənin Aydın vilayətində gənc qızın udduğu 18 santimetrlik çəngəl əməliyyat ilə çıxarılıb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, Aydında tibb dünyasını heyrətə salan hadisə baş verib.

Belə ki, vilayətdə yaşayan əcnəbi 18 yaşlı gənc qız çəngəli udub. Onu təcili yardımla Aydın Adnan Menderes Universitetinin (ADÜ) Xəstəxanasına gətiriblər.

Burada rentgeni çəkilən xəstənin qida borusunda 18 santimetrlik çəngəl olduğu müəyyən edilib.

Mütəxəssislər endoskopiya edərək çəngəli ağızdan çıxarmağa çalışıblar. Lakin qidaya və nəfəs borusuna zərər vermə ehtimalına görə, mədənin yarılaraq çəngəlin çıxarılması ilə bağlı qərar qəbul olunub.

Həkimlər əməliyyatla mədədəki çəngəli çıxarıblar.