-
- 25-10-2024, 10:35
- 227
Türkiyədə baş verən hadisə hökumətə verilən mesajdır - Politoloqdan açıqlama
“Türkiyədə t*rror aktı əlbəttə hökumətə verilən mesajdır. Burada müzakirə predmeti mesajın hansı qüvvələr tərəfindən verilməsi ilə bağlıdır. Yəni t*rror aktının arxasında PKK, yoxsa sahiblərinin dayanması”.
Bu fikirləri News24.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
Ə.Zülfüqaroğlu bildirib ki, t*rror aktının törədilməsində zamanlama diqqət çəkir:
“MHP lideri Dövlət Baxçalının çıxışı zamanı t*rrorçubaşı Öcalanın müəyyən şərtlər daxilində sərbəst buraxılmasında əlbəttə, t*rror təşkilatının bitirilməsinə yönəlik planlar var.
Digər bir diqqətçəkən məqam isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BRİKS sammtində iştirak etməsi üçün Kazana səfəridir”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, hər iki məqam fərqli görünsə də, eyni zamanda bir-birinə bağlı məsələdir: “Bəllidir ki, PKK və onun törəmə təşkilatları olan YPG və PYD ABŞ tərəfindən himayə edilir, maliyyələşdirilir və Türkiyəyə təhdid olaraq formalaşdırılır. Türkiyənin Öcalanın sərbəst buraxılması ilə əlaqədar t*rror təşkilatını parçalamaq və tamamilə zəiflətmək planlarının olması bəllidir. Bu öncə PKK-nı, eyni zamanda sahiblərini narahat edir.
BRİKS isə QƏRB hegemoniyasını bitirəcək əsas gücə çevrilir. NATO dövləti və qlobal cəbhələşmədə balansa ciddi təsir edə biləcək Türkiyənin bu təşkilata üzvlüyü BRİKS-i gücləndirməklə yanaşı, Qərbi uzaq perspektivdə daha çətin duruma salacaq. Bu baxımdan Türkiyənin siyasi iradəsinə təsir göstərməyə cəhd edə bilərlər. Amma istənilən halda Türkiyə çox güclü dövlətdir və artıq Ankaranın durdurulması imkansızdır. Biz bu addımlara geosiyasi böhran kontekstində baxsaq Türkiyənin manevr imkanlarının nə qədər genişləndiyini görə bilərik”.
Ağa