Ərdoğanın böyük fərqlə irəlidə olduğunu bildirildi
    • 15-05-2023, 03:13
    • 328

Ərdoğanın böyük fərqlə irəlidə olduğunu bildirildi

Türkiyə prezidentliyinə namizəd Rəcəb Tayyib Ərdoğan seçkilərdə böyük fərqlə irəlidə olduğunu bildirib.

Bu barədə, o, Ankarada “balkon çıxışı” zamanı deyib.

O, əsas rəqibini 2 milyon 600 min səslə geridə qoyduğunu da açıqlayıb: “Seçkiləri birinci turda bitirəcəyimizə inanırıq”.

Ərdoğan qeyd edib ki, Türkiyə bu seçkilər ilə dünyada bənzəri olmayan demokratiya və milli iradə nümunəsi göstərib. Ərdoğan əlavə edib ki, həm bu, həm də bundan sonraki seçkilərdə də vətəndaşların seçiminə hörmətlə yanaşacaq. /APA/

***


Türkiyə prezidentliyinə namizəd Rəcəb Tayyib Ərdoğanın tərəfdarları Ankarada “Ak Parti” Baş qərargahında onu dəstəkləmək üçün toplanıb.

Ərdoğan “balkon çıxışı” edəcək.