Şərikini 7 güllə ilə öldürdü - FOTO
    • 25-10-2024, 14:43
    • 606

Şərikini 7 güllə ilə öldürdü - FOTO

Bursa da iş ortağını 7 güllə ilə öldürən şübhəliyə verilən ömürlük həbs cəzası yaxşı davranışa görə 18 il həbs cəzası ilə əvəz edilib.

Hadisə zamanı Ərtoğrul Ərdoğan sənədsiz silahı ilə Bülent Karakuşa 7 dəfə atəş açıb, daha sonra silahın sapı ilə onun üzünə bir neçə zərbə endirib.

( Ərtoğrul Ərdoğan foto )

(Bülent Karakuş foto)


News24.az xəbər verir ki, hadisədən sonra geyimini dəyişmək üçün evə gedən Ərtoğrul Ərdoğan polisə təslim olub.

Məhkəmə zamanı ona qarşı qəsdən adam öldürmə ittihamı ilə ömürlük həbs tələbi ilə iddia açılıb. İlk iclasda qətli törətdiyini etiraf edən Ərtoğrul Ərdoğan bunları deyib: 

“Maşından düşüb məni və ailəmi söydü. O, maşınına qayıdanda onun yanında silah olduğunu bildiyimə görə qorxdum və özümü qorumaq üçün ona 7 dəfə atəş açdım. Mən özümü itirdim. Onun üzünə vurduğumu və ya silahın qundağı ilə vurduğumu xatırlamıram".

Ərdoğan heç bir cinayətinin olmadığını bildirərək, peşiman olduğunu bildirib.

Ərdoğan, “Peşiman oldum. Normalda mən qarışqanı belə incitməzdim. Xahiş edirəm ki, mənə bəraət verəsiniz” dedi.

Onu da qeyd edək ki, Ərdoğan ələ keçirilən 3 sənədsiz silaha görə də 6 il həbs və 12 min TL pul cəzasına məhkum edilib.

Günel Məlikzadə