-
- 6-02-2024, 17:40
- 285
Taksi sürücüsünə atəş açıb öldürən şəxs ömürlük HƏBS EDİLƏCƏK
Türkiyənin İzmir şəhərində taksi sürücüsü Oğuz Erge yol kənarında dayanan şəxsi soyuqda üşüməsin deyə, avtomobilinə əyləşdirib.Arxa oturacaqda oturan şəxs isə sürücüyə tapança ilə atəş açaraq onu ağır yaralayıb. Ağır yaralanan O.Erge fevralı 2-si dünyasını dəyişib.
News24.az xəbər verir ki, Oğuz Ergeni qətlə yetirən Delil Aysal haqqında qəsdən adam öldürmə, talama və sənədsiz silah gəzdirmə maddələri ilə cinayət işi açılıb.
Prokuror Aysalın heç bir azalma olmadan ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsini istəyib.