Ramal Qurbanzadə faciəli şəkildə həyatını itirdi - FOTOlar
    • 25-10-2024, 14:48
    • 10 193

Ramal Qurbanzadə faciəli şəkildə həyatını itirdi - FOTOlar

Xəbər verdiyimiz kimi, Göygöldə ölümlə nəticələnən qəza baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, rayon ərazisində “VAZ - 21015” və “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov xəsarət alıblar. 18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən vəfat edib.

Vəfat edən Ramal Qurbanzadənin fotoları yayılıb. Həmin fotoları təqdim edirik: