Qız qaçırma hansı halda cinayətdir? - Vəkildən AÇIQLAMA
    • 25-10-2024, 22:26
    • 402

Qız qaçırma hansı halda cinayətdir? - Vəkildən AÇIQLAMA

Xəbər verdiymiz kimi, ötən gün Bakıda məktəbli qız qaçırılıb.

Qızın ifadəsinə görə, qaçması üçün valideynlərinin razılığı olub. O, "Anamın əmisi oğludur, oğlan özü qaçırıb, hazırda Bakıya işləməyə gedib. Məktəbdən çıxmaq mənim qərarımdır. Burada sevgilimin anası və atası ilə birgə yaşayıram. Valideynlərim də məlumatlıdırlar," - deyə bildirib.  

Bəs qız qaçırma hansı halda cinayətdir?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Milli.az-a vəkil Emil Aslanov açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında nikaha daxil olmaq yaşı Ailə Məcəlləsi ilə tənzimlənir. 

"Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, nikah yaşı 18 yaş müəyyən edilir. Lakin üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən şəxslər yaşadıqları ərazinin icra hakimiyyətinə müraciət edərək nikah yaşını 1 ildən çox olmamaqla azalda bilərlər".

Qeyd etmək lazımdır ki, qaçırılan şəxsin öz istəyi ilə 16 yaşı tamamdırsa, bu halda heç bir məsuliyyət nəzərdə tutulmur. 

"Əgər həmin şəxs valideynləri və ya digər şəxslər tərəfindən erkən nikaha məcbur edilibsə, bu zaman cinayət məsuliyyəti yaranır. Cinayət Məcəlləsinin 176.1 maddəsinə görə, qadını nikaha daxil olmağa məcbur etmə 2000 manatdan 3000 manata qədər cərimə və 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədilirsə, daha ağır cəza tətbiq edilir, yəni 3000 manatdan 4000 manata qədər cərimə və 4 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Qanunvericilikdə artıq bəzi dəyişikliklər edilib. 2025-ci ilin iyulun 1-dən etibarən erkən evlilik dedikdə, yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşüləcək. Bu dəyişikliklər, cəmiyyətdə erkən evliliklərin qarşısını almaq məqsədini daşıyır".

Ortaya sual yaradan digər mövzu çıxır ki, gənc qızların erkən yaşda ailə qurmasının səbəbləri nələrdir? Erkən nikahın cəmiyyətə necə təsir edir?

"Gənc qızların erkən yaşda ailə qurmasının bir sıra səbəbləri vardır. İlk olaraq, mədəni və ictimai qəbul məsələsi önə çıxır. Bəzi cəmiyyətlərdə erkən evlilik ənənəvi olaraq qəbul edilir, və bu səbəbdən gənc qızlar, valideynlərin və icmanın təzyiqi ilə erkən nikaha daxil olurlar".