Psixoloji TƏNHALIQ – Depressiv haldan necə QURTULAQ?
    • 26-10-2024, 21:15
    • 363

Psixoloji TƏNHALIQ – Depressiv haldan necə QURTULAQ?

Bəzi insanlar var ki, ətrafları olsa belə, tək qalır, özlərinə həmsöhbət tapa bilmirlər.

Mütəxəssislər adətən bunun səbəbini psixoloji tənhalıq olaraq dəyərləndirir. Belə ki, bu zaman şəxs kollektiv ortamda belə özünü tənha hiss edir.

MÖVZU İLƏ BAĞLI:

Tükənən gücümüz – İtirilmiş həvəsimizi necə QAYTARAQ?

Psixoloji tənhalıqla bağlı müxtəlif fikirlər səslənib. Məsələn, C.İ.Yanq tənhalığın 3 tipi olduğunu qeyd edib: xroniki, situativ və keçici.

Maraqlıdır, psixoloji tənhalıq necə yaranır?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Minarə Səbzəliyevanın sözlərinə görə aparılan tədqiqatlar göstərir ki, psixoloji tənhalıq özünü aşağı qiymətləndirmə, yüksək özünü günahlandırma, təşviş, depressiya, sosial fobiya, şəxsiyyət pozuntusu, eləcə də psixoaktiv maddə asılılıqları kimi fenomenlərlə əlaqəli özünü göstərir:

“Azalmayan tənhalıq hissləri fərdə, iş, təhsil, sosial, şəxslərarası münasibətlər və ailə kimi bir çox həyati vacib sferalarına təsir edərək onun funksionallığını azaldır. Buna görə professional psixoloji xidmət alması fərdin psixi sağlamlığı üçün önəmlidir. Şəxsin özünü aşağı qiymətləndirməsi, günahlandırması, toplumda stiqmaya məruz qalması onda psixoloji tənhalığın yaranmasına səbəb ola bilər. Şəxsin uşaqlıq dönəmində aldığı travmalar, ehmal edilmiş emosiyaları, qarşılanmamış istək və ehtiyaclarını psixoterapevtik metodlarla işlənilməsi psixi sağlamlığı üçün vacibdir”.

Psixoloji tənhalıq nələrə səbəb olur?


Minarə Səbzəliyeva qeyd edib ki, psixoloji tənhalıq yuxu və oyaqlıq rejiminə dərindən təsir edir:

“Şəxs yalnız qaldıqda kortizol adlanan stress hormonu artdığından şəxsin stress yaşamasına səbəb ola bilir. Yalnız qaldıqda özünü qiymətləndirmədə baş verən mənfi dəyişikliklər onda təşviş hisslərini artırır. Eyni zamanda, motivasiyasına və aktivliyinə də təsir edir. Hətta şəxsin sosial bacarıqları azalır”.

Bəs, bu hal necə aradan qaldırıla bilər?

Psixoloqun fikrincə, ilk olaraq şəxs tənhalığının səbəbiylə bağlı psixoterapevtik yardım almalıdır:

“Burada klinik dəyərləndirilmə aparılmalı, psixoloji tənhalığın şəxsin həyatında nə vaxtdan bəri mövcud olduğu, səbəbləri, təsirləri müəyyən edilməlidir. 

“Psixoterapiya prosesində şəxs yenidən münasibətləri başlatması və davam etdirməsi üçün cəsarətləndirilir, bu müddəti asanlaşdıracaq davranış texnikalarından da istifadə edir. Onun həyatında mövcud ikili münasibətlərdə özünü yalnız hiss etdirən şəxsləri, situasiyaları tanıyır, öz istək və ehtiyaclarının fərqinə varır. Şəxs psixoloji tənhalıqdan nə qədər əziyyət çəkirsə, onun motivasiyası və enerjisi bir o qədər azalır.  

Səbəbi budur ki, insanların əzələləri arasında endorfin adlanan xüsusi hormon var. Məsələn, depressiv bir xəstəyə havada çıxıb gəzməyini tövsiyə edirik. Çünki biz hərəkətdə olduqca əzələlərimiz arasındakı endorfin adlanan hormon ifraz olunur, bu da beyinə xoşbəxtlik verir”.