-
- 24-04-2024, 09:59
- 344
Tənhalıq hissini gücləndirən bu qidalardan uzaq durun!
Çox şəkərli qidalar tənhalıq hissini gecləndirir.
News24.az konkret.az-a istinadla xəbər verir ki, bu nəticəyə Kaliforniya Universitetinin tədqiqatçıları gəliblər.
“JAMA Network Open” elmi jurnalında dərc olunan məqalədə bildirilir ki, sosial cəhətdən təcrid olunmuş insanların beyin strukturu ilə sağlamlıq problemləri arasında əlaqə tapılıb. Bu problemlərə artıq çəki, şəkərli diabet, əqli pozğunluq və idrakın zəifləməsi daxildir.
Los-Ancelesdəki Kaliforniya Universitetinin Stress və Davamlılıq Neyrobiologiyası Mərkəzinin alimləri beynin sosial izolyasiyaya və onun nəticələrinə necə reaksiya verdiyi ilə bağlı araşdırma aparıblar.
Tədqiqatçılar 93 premenopozal qadında dəyişdirilmiş sosial mühitdə qida siqnallarının işlənməsi zamanı beyin kimyasını araşdırıblar. Nəticələr göstərib ki, təklik və ya təcrid vəziyyətində olan insanlarda bədən yağı daha yüksək faizinə malikdir. Eləcə də tənhalıq hissi keçirənlərdə qida asılılığı var və davamlı olaraq nəzarətsiz yemək kimi uyğun olmayan davranışlar nümayiş etdirirlər.
Alimlər MRT-dən istifadə edərək iştirakçıların şirin və duzlu qidaların görüntülərinə reaksiyalarını izləyiblər. Məlum olub ki, tənha insanların beyninin şirniyyat istəyinə reaksiyası çox aktivdir. Eyni zamanda, bu insanlarda özünü idarə etmə sahələrində reaksiyanı azaldıb.