-
- 27-10-2024, 01:00
- 490
Oktyabr: süd vəzi xərçəngi ilə mübarizə– - Xərçəngin 10 əlaməti
Hər il dünyada oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə və qadınların maarifləndirilməsi ayıdır.
News24.az xəbər verir ki, Azərbaycanda da qadınlar arasında yayılmış xərçəng növləri içində birinci yerdə süd vəzi xərçəngidir.
Süd vəzi şişi menstrual tsikl bitəndən sonra da kiçilməyən, zamanla daha da böyüyən kütlədir.
Əsas əlamətləri:
- Gilənin içəri batması
- Axıntı
- Süd vəzidə yayılmış ağrı
- Qoltuqaltında bərkimə
- Limfa düyünlərinin böyüməsi
- Süd vəzidə çökəklər olması
- Süd vəzinin rənginin dəyişməsi
- Süd vəzidə şişkinlik, istilik, qızartı
- Arıqlamaq
- Ümumi zəiflik
Əgər bu əlamətlər bir neçə aydır varsa, qadın süd vermirsə, mastit yoxdursa, yaşı xüsusən 40-ı keçibsə, yubanmadan onkoloqdan keçməlidir.
Əsas müayinə üsulu:
Onkoloqun əllə baxışı
USM
Mammoqrafiya
Lazım gələrsə MRT
Analizlər
Biopsiya
Qadınlar 2 ildə bir dəfə süd vəzi üzrə skrininqdən keçməlidir. \\“Medicina”