-
- Dünən, 22:08
- 130
Avtomobildə "plyonka"ya bu şərtlərlə icazə verilir - AÇIQLAMA
Bəzi sürücülər avtomobilin nəinki arxa yan, o cümlədən qabaq yan və alın şüşələrinə plyonka çəkirlər. Bununla da görünməz bir sədd yaranır. Yəni sükan arxasında kimin olub-olmadığı görünmür. Çünki avtomobil tünd plyonka ilə örtülmüş vəziyyətdədir.
News24.az Milli.Az-a istinadla xəbər verir ki, bir qrup sürücü iddia edir ki, avtomobilində "plyonka" istifadə etdiyi üçün polis tərəfindən cərimələnib. O, avtoservisdə şüşə örtüyünü yoxlatdığı və hər şeyin qaydasında olduğu halda cərimə tətbiq edildiyini bildirib.
Bəs bu vəziyyət qanunvericilikdə necə tənzimlənir?
Məsələ ilə bağlı Milli.Az-a nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu şüşələrin işıq ötürmə dərəcəsi nəzərə alınmalıdır. Yəni, ön yan şüşələrində plyonka istifadəsi ən azı 75% şəffaf olmalıdır. Ancaq arxa şüşələrdə plyonka istifadəsinə icazə verilir.
"Plyonka istifadəsi ilə bağlı əsas tələblərdən biri də təhlükəsizlikdir. Şüşələrdə istifadə edilən plyonka sürücünün görmə qabiliyyətini zəiflətməməli həmçinin yolun digər iştirakçıları üçün təhlükə yaratmamalıdır. Plyonka işığın yayılmasını məhdudlaşdırmamalıdır və yol hərəkətinin təhlükəsizliyini təmin etməlidir".
Bu problem ilə qarşılaşan sürücülərin sayı artmaqdadır, lakin polis bu halları qanunsuz sayır. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, nəqliyyat vasitəsinin xarici işıq cihazlarının üzərinə örtüklərin çəkilməsi onların rəng çalarlarının, işıq yayma keyfiyyətinin dəyişməsinə, ötürdüyü siqnalların, daşıdığı funksiyanın düzgün anlaşılmamasına səbəb ola bilər:
"Odur ki, "Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsinə əsasən, xarici işıq cihazlarının miqdarı, tipi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmalıdır. Nəqliyyat vasitəsinin xarici işıq cihazlarından normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, inzibati məsuliyyət yaradır".