Gələn ay ardıcıl 6 gün evdəyik - TARİX
    • Bu gün, 10:36
    • 313

Gələn ay ardıcıl 6 gün evdəyik - TARİX

Məlum olduğu kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərarla noyabrda qeyri-iş günlərinin sayı artırılıb.

News24.az baku.ws-e istinadla xəbər verir ki, 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün həftənin bazar ertəsi - 11 noyabr da qeyri-iş günü olacaq.

Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar noyabrda 6 gün ardıcıl - 8, 9, 10, 11, 12, 13 qeyri-iş günləri olacaq.