Noyabrda 3 gün iş olmayacaq
    • 10-10-2019, 10:27
    • 1 189

Noyabrda 3 gün iş olmayacaq

Azərbaycanda 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq.

News24.az-ın xəbərinə görə, həmin gün (noyabrın 9-u) şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək. Beləliklə, ardıcıl 3 gün - noyabrın 9-u, 10-u (bazar günü), 11-i iş olmayacaq.

Noyabrın 12-si (Konstitusiya Günü) isə iş günüdür.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcələsindən çıxarışa əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.