Məşhur aktyorun həyat yoldaşı ÖLÜMDƏN DÖNDÜ
    • Bu gün, 14:19
    • 175

Məşhur aktyorun həyat yoldaşı ÖLÜMDƏN DÖNDÜ

Məşhur aktyor Tolqahan Sayışman 2017-ci ildə Los-Ancelesdə Almeda Abazi ilə ailə qurub.

News24.az xəbər verir ki, 7 ildir xoşbəxt ailə quran cütlükdən Almeda Abazi pərəstişkarlarını qorxudan xəbərlə gündəmə gəlib. 

“Takvim” xəbər verir ki, bir müddət əvvəl Boğazdakı evini Beykoza köçürən Almeda Abazi qəfil başlayan və səngiməyən şiddətli qarın ağrısı ilə xəstəxanaya aparılıb.

Xəstəxanada aparılan müayinələrdən sonra vəziyyətin ciddi olduğu anlaşılıb.

Almeda Abazi Sayışman təcili əməliyyata alınıb və öd kisəsi çıxarılıb.

Evə buraxılan məşhur modelin səhhətinin yaxşı olduğu açıqlanıb.

Məryəm İlhamqızı