Zabitlərimiz Rusiyada qızıl medal və qırmızı diploma  layiq görülüb - FOTOLAR
    • 26-06-2019, 14:02
    • 863

Zabitlərimiz Rusiyada qızıl medal və qırmızı diploma layiq görülüb - FOTOLAR

Sankt-Peterburq şəhərində Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Mixaylovsk hərbi artilleriya akademiyası” dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Cari ildə bu ali hərbi təhsil müəssisəsini Azərbaycan Ordusunun 3 zabiti bitirib. Polkovnik-leytenant Avnil Avnilov hərbi akademiyanı fərqlənmə ilə bitirərək qızıl medal alıb. Digər zabitlərimiz mayor Şamxal Səlimov və mayor Ramil İbrahimov isə akademiyanı qırmızı diplomla başa vurublar.

Dövlət imtahan komissiyasının qərarı ilə Azərbaycan Ordusunun hərbi qulluqçularına “magistr” dərəcəsi verilib.