Liftdə dəhşətli ölüm - FOTO
    • Bu gün, 16:44
    • 312

Liftdə dəhşətli ölüm - FOTO

Türkiyədə 4 uşaq anası olan Birsel Kaya qızına baş çəkməyə gəldiyi yaşayış binasının 4-cü mərtəbəsində liftə minib. 

News24.az NTV-yə istinadən xəbər verir ki, Kaya liftin birinci mərtəbədə olduğunu anlamayaraq şaxtaya düşüb.

Xəstəxanaya aparılan Kayanı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma başladılıb.

Günel Məlikzadə