-
- 27-06-2019, 11:21
- 891
Beynəlxalq Bankdan sahibkarlar üçün iki fürsət - MÜSAHİBƏ
Son aylar korporativ müştərilərə, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinə münasibətdə Azərbaycan Beynəlxalq Bankının yeni yanaşmaları müşahidə edilir. Bank bu istiqamətdə bir sıra maraqlı layihələrin icrasına başlayıb və həmin layihələrdən gözləntiləri böyükdür. Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli ilə söhbətimiz elə bu mövzuda olacaq.
- Bankın korporativ müştərilərinin sayında artım varmı?
- Ötən ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin birinci yarısında bankda yeni hesab açan korporativ müştərilərimizin sayı 27% artıb. Bankımız hazırda 17000-dən çox korporativ müştəri bazasına malikdir.
2019-cu ilin birinci yarısı ərzində 500-ə yaxın korporativ müştəri Azərbaycan Beynəlxalq Bankında hesab açıb.
- Son dövrlər Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlıq subyektləri ilə işi xeyli gücləndirdiyi hiss olunur. İlkin nəticələr necədir?
- Kiçik və orta sahibkarlıq sektoru bank üçün də, ümumən ölkə iqtisadiyyatı üçün də çox böyük perspektivlərə malikdir. Bank bu istiqamətdə fəallığı artırır. Kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankı üçün yeni seqmentdir və biz bu seqmentdə fəaliyyət göstərən biznes subyektləri üçün maliyyə resurslarının əlçatanlığını təmin etmək istəyirik. Çalışırıq ki, universal bank olaraq məhsul və xidmətlərimizdən hər kəs kimi bu müştərilərimiz də rahatlıqla faydalana bilsinlər. Başlanğıc üçün əsas məqsədimiz bu istiqamətdə biznesin qurulması idi. İndi kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlar haqqında məlumatlıdırlar və bu imkanlardan istifadə etməyə başlayıblar.
- Hazırda biz bankımızın internet səhifəsində sırf kiçik və orta sahibkarlar üçün ayrıca bölmə yaratmışıq. Onlar kredit üçün müraciətlərini bizə internet səhifəmiz üzərindən onlayn qaydada da göndərə bilərlər. Hər bir müraciətə baxılır və müvafiq qərar verilir.
-Bu subyektlərə verilən kreditlərin şərtləri necədir?
-Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlıq subyektlərinə krediti 84 ayadək müddətə, manatla 6%-dən başlayan illik faiz dərəcəsi ilə təklif edir. Krediti manat ekvivalentində xarici valyutada da almaq olar. Bank sahibkarların arzusundan asılı olaraq kredit borcunun annuitet, fərdi və yaxud sərbəst ödəniş cədvəli əsasında ödənilməsinə imkan yaradır.
- Bank iş adamlarına güzəştli kreditlər də verirmi?
-Azərbaycan Beynəlxalq Bankı Sahibkarlığın İnkişafı Fondunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankıdır. Bütün bunlar banka sahibkarlara güzəştli şərtlərlə kredit ayırmaq imkanı yaradır. Müştərilərimiz filiallarımıza müraciət etməklə bu imkanlardan geniş faydalana bilərlər.
-Korporativ bizneslə bağlı yaxın hədəfləriniz, əsasən, nədən ibarətdir?
- Əsas hədəfimiz, təbii ki, bu bazarın ən fəal və güclü oyunçularından olmaqdır. Korporativ biznesin inkişafı ilə bağlı konkret plana uyğun fəaliyyət göstəririk. Sırf korporativ müştərilərimiz üçün düşündüyümüz bir sıra innovativ yeniliklərimizi artıq istifadəyə vermişik. Bankın korporativ seqment üçün nəzərdə tutulmuş İnternet Bankçılıq xidmətinə “Mailbox”, “Asan İmza” ilə qoşulmaq imkanı kimi yeni funksiyalar əlavə olunub. Bütün bunlar korporativ müştərilərimizin işini daha da asanlaşdırır.
Biz istəyirik ki, məhsul və xidmətlərimiz əlverişli, asan olsun. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan Beynəlxalq Bankının tətbiq etdiyi İnternet Bankçılıq xidməti bu cəhətdən indi ən yaxşılarından biridir. Bu imkanları daha da təkmilləşdirməkdəyik. Müştərilərimizə yeni üstünlüklər yaratmağa çalışırıq. Bütün imkanlardan istifadə edirik ki, həm real sektora fayda verək, həm də bank özü bundan fayda götürsün. Yaxın günlərdə kiçik və orta sahibkarlar üçün iki yeni məhsulun bazara təqdim olunmasını nəzərdə tutmuşuq. Bu məhsullardan biri “Tərəfdaşlarımıza anında dəstək krediti” olacaq. Digəri isə invoysların maliyyələşdirilməsi ilə bağlıdır. Müştəri loyallığını yüksəltmək üçün müəyyən proqramların tətbiqini də planlaşdırırıq.
Hazırda bankın yeni strategiyası formalaşır, bu strategiyada da korporativ biznes mühüm yer tutur. Bu baxımdan, deyə bilərik ki, bu il Azərbaycan Beynəlxalq Bankının korporativ müştəriləri üçün yeni imkanlar ilidir.
- Bildiyimiz qədər, bank Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq haqqında Niyyət Protokolu da imzalayıb. Burada əsas niyyət nədir?
- Bəli, aprelin əvvəlində belə bir Niyyət Protokolu imzalandı. Sənəd kiçik və orta biznesə dəstək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bir məqamı da diqqətinizə çatdırım ki, Azərbaycan Beynəlxalq Bankı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə belə bir əməkdaşlıq sənədi imzalamış ilk bank oldu.
-Kiçik və orta biznesə dəstək məqsədilə müxtəlif tədbirlər deyərkən, əsasən, hansı tədbirlər nəzərdə tutulur?
- Müxtəlif istiqamətlərdə birgə tədbirlərimiz olacaq. Bu gün dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsi, kiçik və orta biznes sektorunda innovativ təşəbbüslərin həyata keçirilməsi çox mühümdür. Çalışacağıq ki, bu sahədə fayda verək. Sahibkarların maarifləndirilməsi ilə bağlı da layihələr nəzərdə tutmuşuq. Məsələn, düşünürük ki, kiçik və orta sahibkarlıq subyektlərinin biznes sərgilərində, təcrübə mübadiləsi proqramlarında iştirakına dəstək vermək onlar üçün çox maraqlı və faydalı olar. Hazırda bu istiqamətdə işlər gedir.
Qadın sahibkarlığının dəstəklənməsi də, təbii ki, bizim üçün prioritet təşkil edir. Bu ilin martında keçirilən Qadın Sahibkarların Forumunda Azərbaycan Beynəlxalq Bankı olaraq yaxından iştirak etdik. Forumda 14 qadın sahibkarımız uğurlu fəaliyyətinə görə Azərbaycan Beynəlxalq Bankı tərəfindən mükafatlandırıldı. Bu cür motivasiyaedici təşəbbüsləri bundan sonra da davam etdirəcəyik. Hazırda bankın korporativ müştəriləri arasında xeyli sayda qadın sahibkar var. Əlbəttə, biz onların sayının getdikcə daha da artmasında maraqlıyıq. Müvafiq qurumlarla əməkdaşlıq şəraitində yaxın gələcəkdə sırf qadın sahibkarlarımız üçün də maraqlı layihələr düşünürük. Çalışacağıq ki, Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlardan hər bir xanım sahibkar faydalana bilsin.
Agentliklə imzaladığımız əməkdaşlıq protokolunun əsas niyyətlərindən biri də müxtəlif bölgələrimizdə KOB inkişaf mərkəzlərinin yaradılmasıdır. Biz bank olaraq sahibkarlarla gündəlik ünsiyyətdəyik. Görürük ki, onların maarifləndirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün belə mərkəzlərin olmasına çox böyük ehtiyac var. Biz sahibkarlara Azərbaycan Beynəlxalq Bankının təlim və innovasiya infrastrukturundan faydalanmaq imkanı da yaradacağıq. Onların maliyyə savadlılığının artırılması məqsədilə təlimlərimiz olacaq. Bu əməkdaşlıq kiçik və orta sahibkarlarımızın fəaliyyətində informasiya texnologiyalarının, innovativ həllərin tətbiqinə şərait yaradacaq.
- Bildiyimiz qədər, sahibkarların maarifləndirilməsi yönümlü müəyyən layihələrə artıq başlamısınız...
- Bəli, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “ASAN radio” ilə birgə bu radionun efirində “Sahibkar vaxtı” adlı maarifləndirici layihəmiz bir müddətdir ki, davam edir.
Verilişdə sahibkarlıq fəaliyyətinə aid konkret sahələr üzrə peşəkar mütəxəssislər qonaq qismində iştirak edirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran suallara cavab tapa bilirlər. Məqsəd cəmiyyətimizdə sahibkarların maarifləndirilməsi, onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır. Çünki bank nümayəndələri olaraq sahibkarlarla gündəlik ünsiyyətimiz zamanı onların biznes fəaliyyətinin ayrı-ayrı mərhələləri üzrə müəyyən suallarının olduğunu görürük. Bu baxımdan, “Sahibkar vaxtı” verilişi onlar üçün çox maraqlı və faydalı bir platformadır. Bu verilişi hər həftənin çərşənbə axşamı, saat 19.05-də “ASAN radio”nun efirində dinləmək, eləcə də Azərbaycan Beynəlxalq Bankının, KOBİA-nın və radionun Facebook-dakı korporativ səhifələrində canlı izləmək olar.
-Azərbaycan Beynəlxalq Bankı startap layihələrini də dəstəkləyirmi?
-Hazırda bu sahədə əsas dəstəyimiz, ölkədə lazımi startap ekosisteminin yaradılmasını əhatə edir. Çünki startap layihələrinin uğuru, ilk növbədə, belə bir ekosistemin formalaşmasından çox asılıdır.
Son üç ayda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan İnternet Forumu ilə birgə “Startap günləri” adlı maraqlı, deyərdim ki, çox da faydalı bir layihə həyata keçirdik. Bu, tələbələr üçün nəzərdə tutulmuş təşəbbüsdür. Həm Bakı, həm də regionlarımızdakı ayrı-ayrı təhsil müəssisələrində “Startap günləri” təşkil olundu. Hər hansı startap ideyası olan gənclər bura cəlb edildi. Layihə gedişində gənclərimizin kifayət qədər maraqlı ideyaları ortaya çıxdı. İyulda yekun konfrans keçiriləcək və xüsusilə perspektivli layihələrin dəyərləndirilməsi olacaq. Real startap ideyalarına malik gənclərimizin öz ideyalarını gerçəkləşdirmələrinə Azərbaycan Beynəlxalq Bankı olaraq biz də lazımi köməyi göstərəcəyik.