Günəbaxan ya zeytun yağı?
    • 31-10-2024, 01:58
    • 479

Günəbaxan ya zeytun yağı?

“Günəbaxan yağı ürək-damar xəstəlikləri riskini azaldır”

News24.az medianews.az-a istinadən xəbər verir ki, bunu terapevt, diyetoloq İrina Nikulina deyib.

Nikulina deyib ki, bir xörək qaşığı günəbaxan yağında gündəlik E vitamini dozasının 30 faizi var. Hansı ki, bu vitamin dərinin sağlamlığı, elastikliyi və yaxşı rəngi üçün əsasdır. Həkim əlavə edib ki, günəbaxan yağında zeytun yağından 2,5-3 dəfə çox vitamin var.

Bundan əlavə, həkimin qeyd etdiyi kimi, günəbaxan yağı immunitet sistemini dəstəkləyir və ürək-damar xəstəlikləri riskini azaldır. O izah edib ki, E vitamini çox güclü antioksidantdır və ürək-damar sistemində də daxil olmaqla bütün iltihabi reaksiyaların əsasını təşkil edən bütün oksidləşdirici stressi boğur.