-
- 3-06-2024, 22:30
- 684
Balıq yağı əlavələri insult və infarkt riskini artırır
Mükəmməl omeqa-3 yağ turşuları mənbəyi olan balıq yağı əlavələri ürək-damar xəstəlikləri riskini uzaq tutmaq üçün tez-tez üstünlük verilən üsuldur.
News24.az xəbər verir ki, ABŞ-da 60 yaşdan yuxarı yaşlıların təxminən 20 faizi ürək sağlamlığını dəstəkləmək üçün bu məhsullardan tez-tez istifadə edir.
Yeni bir araşdırma, balıq yağı əlavələrindən müntəzəm istifadənin sağlam insanlarda insult və infarkt riskini azaltmaq əvəzinə artıra biləcəyini müəyyən edib.
Böyük Britaniyadakı beynəlxalq tədqiqatçılar 40-69 yaş arası 415.000-dən çox insanı orta hesabla 12 il ərzində izləyiblər.
Tədqiqatçılar qeyd ediblər ki, bu insanların təxminən üçdə biri müntəzəm olaraq balıq yağı əlavələri qəbul edib.
YALNIZ ÜRƏK XƏSTƏLİYİ OLANLAR ÜÇÜN FAYDALIDIR
Tədqiqatçılar balıq yağı əlavələrinin ürək xəstəliyi olan insanlar üçün faydalı olduğunu söyləyərək, sağlam insanlarda insult və ürək xəstəlikləri riskini artırdığını irəli sürüblər.
Araşdırmaya görə, müntəzəm olaraq balıq yağı əlavələrinin qəbulu ürək xəstəliyi olmayan insanlarda atrial fibrilasiyanın (ürəyin qulaqcıqlarının səbəb olduğu aritmiya) inkişaf riskini 13 faiz, insult riskini isə 5 faiz artırır.
Araşdırmada iştirak edən ekspert Dr. "Mən deyərdim ki, insanların özlərini sağlam saxlamaq üçün mağazaya gedib vedrələrlə balıq yağı həbi aldıqları günlər bitməlidir. Balıq yağı yalnız onsuz da xəstə olan insanlara təsir edə bilər", - Andrew Freeman deyib.
Günel Məlikzadə