-
- 30-10-2024, 23:45
- 1 559
"Nadir, özünü yığışdır, onun bunun arxasınca..."
Müğənni Nadir Qafarzadə rəqqasə Fatimə Fətəliyevadan danışıb.
News24.az axşam.az-a istinadən bildirir ki, sənətçi "İncə səhər" verilişində Fatimə ilə illər əvvəl aralarında yaşanan qalmaqaldan söz açıb.
Fatiməyə səslənən Nadir "Nəsə söz deyirsən heç nədən xətrinə dəyir. Ondan danışmırsan, amma küsür. Deyirəm ki, artıq nənəsən. Gənclik şıltaqlıqlarını qoy kənara, ahıllaş. Artıq ahıllaşmaq vaxtıdır" deyə bildirib.
Fatimənin isə qarşı tərəfə cavabı gecikməyib. O, "Nənə olanda küsmək olmaz? Nənə olsam da, nənə görünüşüm yoxdur. Sən də özünü yığışdır, az onun bunun arxasınca danış" deyə, Qafarzadəyə reaksiya verib.