Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu  Vətənə qayıdıb - VİDEO
    • 27-06-2019, 14:06
    • 724

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Vətənə qayıdıb - VİDEO

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Bu barədə News24.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.