Uşaq evinin müəllimindən Qandonduran HƏRƏKƏT! Videoya çəkdi
    • 1-11-2024, 16:45
    • 355

Uşaq evinin müəllimindən Qandonduran HƏRƏKƏT! Videoya çəkdi

Rusiyada ixtisaslaşdırılmış uşaq evinin müəllimi uşaqları döyərək videoya çəkib. 

News24.az Söz.az-a istinadən xəbər verir ki, hadisə Altay diyarının Biysk şəhərində baş verib. 

Uşaq evinin 24 yaşlı əməkdaşı valideyn himayəsindən məhrum olan 3 aylıqdan 1,5 yaşa qədər olan uşaqlara qayğı göstərmək əvəzinə onlara fiziki və mənəvi əziyyət verib.

Ona qarşı bir neçə maddə üzrə cinayət işi açılıb.

İstintaq materialları baxılması üçün məhkəməyə göndərilib.