-
- 27-06-2019, 17:18
- 2 061
Azərbaycanda saxta pul alveri ilə məşğul olan şəxsdən MÜRACİƏT
Azərbaycanda saxta pul hazırladığına görə məsuliyyətə cəlb edilmiş şəxs Ali Məhkəməyə müraciət edib.
News24.az-n məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci, yəni, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma maddəsi ilə məhkum ediliş Orucov Nicat Səyyad oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İş hakim Fərhad Kərimovun icraatına verilib.
Qeyd edək ki, 2018-ci ilin fevralında daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əskinaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən xüsusi təxirəsalınmaz əməliyyat nəticəsində dəstə üzvləri 11 700 saxta manatı 2 900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4900 manatlıq saxta əskinas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.