Bu marşrutların hərəkət sxemi dəyişdirilir
    • 3-11-2024, 10:03
    • 368

Bu marşrutların hərəkət sxemi dəyişdirilir


Ölkəmizdə keçirilən beynəlxalq COP29 konfransı zamanı paytaxtda nəqliyyat hərəkətinin idarə olunmasının optimallaşdırılması, şəhər nəqliyyatının təhlükəsiz və nizamlı təşkili, eləcə də hərəkət iştirakçılarının rahatlığının təmin edilməsi məqsədilə noyabrın 3-də saat 10:00-15:00 arası bir sıra müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri və son dayanacaq məntəqələri dəyişdiriləcək.

News24.az hərəkət sxemləri dəyişdirilən avtobus marşrutlarının siyahısı təqdim edir:

Məmmədli, Buzovna, Maştağa, Bilgəh, Nardaran, Ramana, Balaxanı qəsəbələri və Albalılıq, Savalan (139 nömrəli marşrut) yaşayış massivlərində fəaliyyət göstərən marşrut avtobusları Zabrat şosesindən Balaxanı yolu ilə “Ulduz” metro stansiyasınadək;

Badamdar, Lökbatan və Bayıl qəsəbələri, Yasamal Yaşayış Kompleksi, Yeni Yasamal yaşayış massivi, 9-cu mikrorayon, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrut avtobusları “Elmlər Akademiyası” metro stansiyasınadək;

Sabunçu dəmiryol stansiyasından Bakıxanov qəsəbəsi və “Neftçilər” metro stansiyası istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Asif Əsədullayev və Yavər Əliyev küçələri ilə;

Ramana qəsəbəsindən və Sabunçu dəmiryol stansiyasından Qara Qarayev prospekti istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Balaxanı yolu ilə;

“Dərnəgül” metro stansiyasından Sabunçu dəmiryol stansiyasına fəaliyyət göstərən marşrut avtobusu Balaxanı yolu ilə;

“Dərnəgül” metro stansiyasından Badamdar qəsəbəsinə, həmçinin Yeni Yasamal yaşayış massivindən 7 saylı “ASAN Xidmət” mərkəzinə fəaliyyət göstərən marşrut avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları, Bakıxanov küçələri, əks istiqamətdə isə N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev küçələri ilə hərəkət edəcək.

Bundan başqa COP29 konfransının baş tutacağı məkanları istiqamətində nəqliyyat hərəkətinin intensivləşəcəyi nəzərə alınaraq, bu ərazilərdə sıxlığı azaltmaq, sakinlər və qonaqlar üçün təhlükəsiz və səmərəli nəqliyyatı təmin etmək məqsədilə bəzi avtobus marşrutlarının son dayanacaq məntəqəsi dəyişdirilib.

Son dayanacaq məntəqəsi dəyişdirilən müntəzəm avtobus marşrutları aşağıdakılardır:

“Nəriman Nərimanov” metro stansiyası, 7-ci və 9-cu mikrorayondan şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi “28 May” metro stansiyasının yaxınlığı;

Əhmədli qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsi (“8-ci kilometr” bazarı), Sabunçu qəsəbəsi (68 nömrəli məktəb) ərazilərdən şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi “Xətai” metro stansiyası;

Zabrat qəsəbəsi “Kərpic zavod” və “Yeni məhəllə” adlanan ərazilərdə, həmçinin 71 nömrəli məktəbin yaxınlığında fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi Sabunçu dəmiryol stansiyası;

Ramana – Yeni yaşayış kompleksi (Ramana qəsəbəsi, 163 nömrəli marşrut), Suraxanı qəsəbəsi və Ramana qəsəbəsi (“Şuşa şəhərciyi” adlanan ərazi) fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (“Piramida” tərəf, dəmiryol stansiyası);

Pirşağı qəsəbəsi, Pirşağı bağlarında və Savalan yaşayış massivində (197 nömrəli marşrut) fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqələri Zabrat dairəsi;

Hövsan qəsəbəsindən şəhər mərkəzinə fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi “Həzi Aslanov” metro stansiyası;

Günəşli qəsəbəsindən şəhər mərkəzinə fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi Ramiz Quliyev küçəsi (Radiozavod, “Bravo” market);

Şüvəlan və Qala qəsəbələrindən şəhər istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Qala-Pirallahı yolu və Zığ şosesi ilə hərəkət edəcək. Marşrutun son dayanacaq məntəqəsi “Əhmədli” metro stansiyası;

Binə qəsəbəsindən şəhər istiqamətində fəaliyyət göstərən marşrut avtobusu Zığ şosesi ilə hərəkət edəcək. Marşrutun son dayanacaq məntəqəsi “Həzi Aslanov” metro stansiyası;

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi “Gənclik” Nəqliyyat Mübadilə Mərkəzi;

“AzərSu” Tikinti Xəstəxanasından Sabunçu qəsəbəsi istiqamətində fəaliyyət göstərən marşrutun başlanğıc dayanacaq məntəqəsi “AzərSu” Tikinti Xəstəxanası, son dayanacaq məntəqəsi isə “Neftçilər” metro stansiyası;

Cəmşid Naxçıvanski adına hərbi liseydən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi Yavər Əliyev küçəsi (Bakıxanov qəsəbəsi);

Sahil qəsəbəsindən “Sahil” metro stansiyası istiqamətində fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi (Lökbatan dairəsi);

Keşlə qəsəbəsindən Qara Qarayev prospekti ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan marşrutun son dayanacaq məntəqəsi Azər Manafov küçəsi (“Qara Qarayev” metro stansiyası) təyin edilib.

Qeyd edək ki, müvəqqəti dəyişikliklər xarici ölkə liderlərinin, iqlim dəyişikliyi üzrə ekspertlərin və mütəxəssislərin iştirak edəcəyi COP29 zamanı şəhərdə ictimai nəqliyyatın hərəkətində gecikmələrin qarşısını almağa və piyadaların təhlükəsizliyini artırmağa kömək edəcək.


 


 


12345İDMAN XƏBƏRLƏRİ

# # #

0

0

0

0

0

0

0

0

0

#

Paylaş

#

468

avatar

telegramBizi Telegram-da izləyin

instagramBizi Instagram-da izləyin

facebookBizi Facebook-da izləyin

twitterBizi Twitter-da izləyin


Oxşar yazılar

FHN əhaliyə müraciət etdi

FHN əhaliyə müraciət etdi

3 noyabr 2024 , 09:33

Rusiyanın ən qalmaqallı  azərbaycanlı vəkili – ONU TANI 

Rusiyanın ən qalmaqallı azərbaycanlı vəkili – ONU TANI

2 noyabr 2024 , 20:15

Sabah Bakının bəzi yollarında hərəkət istiqaməti dəyişdiriləcək 

Sabah Bakının bəzi yollarında hərəkət istiqaməti dəyişdiriləcək

2 noyabr 2024 , 17:16

Sabah Bakıda bu yollar 3 saatlıq BAĞLANACAQ 

Sabah Bakıda bu yollar 3 saatlıq BAĞLANACAQ

2 noyabr 2024 , 16:06

Bəzi yollar 7 günlük bağlanır,  30-dan çox marşrutun istiqaməti dəyişir

Bəzi yollar 7 günlük bağlanır, 30-dan çox marşrutun istiqaməti dəyişir

2 noyabr 2024 , 14:47

Sabah bu rayonlara qar yağacaq - PROQNOZ 

Sabah bu rayonlara qar yağacaq - PROQNOZ

2 noyabr 2024 , 13:21

8 Noyabr prospektində məhdudiyyət  tətbiq olunur 

8 Noyabr prospektində məhdudiyyət tətbiq olunur

2 noyabr 2024 , 12:39

Həftə sonu hönkür-hönkür ağlayacaq  BEŞ BÜRC

Həftə sonu hönkür-hönkür ağlayacaq BEŞ BÜRC

2 noyabr 2024 , 09:09

SAYTDA REKLAM

ƏLAQƏ

ARXİV

HAQQIMIZDA

facebook

instagram

twitter

youtube

telegram

rss

rss

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.


APA

#

#

© 2007 - 2024 Bütün müəllif hüquqları qorunur.


#