-
- 4-11-2024, 19:25
- 427
İlk dəfə ərə gedən qadınlara mükafat veriləcək - Bu şəhərdə
Çinin Liuhlian şəhərinin hakimiyyət orqanları gənc qadınların evlənməsinə bonus vermək qərarına gəlib.
News24.az Modern.az-a istinadla xəbər verir ki, proqram 2025-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq.
Bildirilir ki, mükafata 35 yaşına qədər qadınlar müraciət edə bilər və nikah həm gəlin, həm də bəy üçün birinci olmalıdır. Beləliklə, Liuhlian hakimiyyəti şəhərdə doğum nisbətini təşviq etmək qərarına gəldi.
Mükafat 1,5 min yuan olacaq ki, bu da təxminən 210 dollara bərabərdir.