Sükan arxasında oturan it kameraya düşdü - VİDEO
Dünya
Rusiyanın Yekaterinburq şəhərində avtomobilin oturacağında sürücünün əvəzinə itin oturduğu görüntülənib.
News24.az xəbər verir ki, bu barədə "Ural Mash" Telegram kanalı məlumat yayıb.
"Bu gün Yekaterinburqda həmin sürücü ilə qarşılaşsanız, onu çox narahat etməyin. İt kimi yorulub", — deyə paylaşımda bildirilib.
Şahidlər hadisəni kameraya çəkməyə nail olublar.
Kadrlarda itin sürücü oturacağında əyləşdiyi görünür. Eyni zamanda avtomobildə başqa heç kim yoxdur.
Kadrlardan göründüyü qədərilə, maşın parklanma yerində dayanıb.