AFFA açıqlama verdi: Oyun və hazırlıq təxirə salındı
    • 4-11-2024, 23:13
    • 287

AFFA açıqlama verdi: Oyun və hazırlıq təxirə salındı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusa planlaşdırılan səfəri təxirə salınıb.

News24.az xəbər verir ki, AFFA-nın bununla bağlı yaydığı açıqlamada Belarusda təşkili nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşlərinin başqa vaxta keçirildiyi bildirilib.

Bunun səbəbləri açıqlanmayıb. Qeyd olunub ki, qərar hər iki tərəfin qarşılıqlı razılığı əsasında verilib.

Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.