Tələbə qız küçənin ortasında soyundu – Ruhi xəstəxanaya aparıldı
    • 4-11-2024, 14:02
    • 442

Tələbə qız küçənin ortasında soyundu – Ruhi xəstəxanaya aparıldı

İran mediası paltarlarını soyunub hökumətə etiraz edən tələbə qızın ruhi xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

News24.az xəbər verir ki, İran mətbuatının Tehran Azad Universitetinin tələbəsi olduğu bildirilən tələbə qız paltarını soyunaraq, küçənin ortasında alt paltarında hökumətə etiraz edib.

Hadisə şahidlərinin sözlərinə görə, qız qısa müddətdən sonra hadisə yerinə gələn İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. İran mediası saxlanılan tələbə qızın hadisədən sonra ruhi xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

İran mediası tələbə qızın əslində hökumətə etiraz etmədiyini və küçədə “mənasız qışqırdığını” iddia edib. İran mediası təhlükəsizlik qüvvələrinin qızı onunla “nəzakətlə danışaraq” saxladığını bildirib.

Digər tərəfdən, İranın sosial media hesablarında paylaşılan məlumata görə, qız hökumətyönlü könüllülərdən ibarət “Bəsic” təşkilatının üzvləri tərəfindən döyülüb.

Döyülmə nəticəsində paltarı cırılan qız paltarını çıxararaq hökumətə etiraz edib. İddialara görə, çılpaq tələbə iranlı qızlara tətbiq edilən geyim qadağalarına qarşı şüarlar səsləndirib. Daha sonra qız hadisə yerinə çatdıqdan sonra onu döyən təhlükəsizlik qüvvələri tərəfindən avtomobilə mindirilib.

İran mediası qızın görüntülərini böyük ölçüdə senzuraya salan aksiyanın görüntülərini paylaşaraq, qızın "psixoz keçirdiyini" və "mütəxəssislərin nəzarəti altında ruhi xəstəxanaya aparıldığını" bildirib.

Xəbərdə qızın kimliyi və hansı ruhi xəstəxanaya yerləşdirildiyi açıqlanmayıb. Bu xəbərdən sonra tələbə qızdan heç kim xəbər tutmayıb.

Aynurə