Makaron bizi KÖKƏLDİR yoxsa?
    • 4-11-2024, 15:38
    • 733

Makaron bizi KÖKƏLDİR yoxsa?

Makaron, tez-tez düyü və çörək ilə qruplaşdırılan sevimli karbohidrat əsasıdır. Ancaq arıqlama meylləri dəyişdikcə, karbohidratların aradan qaldırılmasının arıqlamaq üçün əsas olub-olmadığı sualı mübahisəli olaraq qalır. Sunday Times-a danışan bir mütəxəssis makaronun çəki artımına səbəb olmaqdansa, arıqlamağa kömək edə biləcəyini deyib.

News24.az xəbər verir ki, Giulia Crouch, makaronu daha sağlam etməyin ən yaxşı yollarından birinin soyuduqdan sonra onu yenidən qızdırmaq olduğunu bildirib. 2020-ci ildə aparılan bir araşdırma göstərib ki, makaronun bişirilməsi və sonra soyudulması onun strukturunu dəyişdirərək, bağırsaq bakteriyalarına fayda verən “davamlı nişastaya” çevrilir.

Soyudulmuş makaron yenidən qızdırıldıqda, qabda daha davamlı nişasta əmələ gəlir. Bundan əlavə, Minnesota Universitetində 2023-cü ildə edilən bir araşdırma, makaronun "bədən çəkisi və ya ümumiyyətlə bədən tərkibi ilə əlaqəli olmadığını və BMI və ya qarın piylənməsi ilə tərs əlaqəli ola biləcəyini" tapıb.

Şəxsi məşqçi Tom Hull isə sadə bir yemək səhvindən danışıb. Hull TikTok videosunda izah edib:

"Paketin üzərində100 qr makaronun 286 kalori olduğunu görüb, qaynatmaq üçün elə 100 qram makaron əlavə edirsiniz. Ancaq nəzərə almırsınız ki, makaron qaynadıqdan sonra qramı artır. Yəni, siz qaynamağa 286 kalori üçün 100 qram yox 50 qram makaron əlavə etməlisiniz".

Günel Məlikzadə